Millinin düşərgəsində iri lövhə
11.06.2012 - 15:05
Millinin düşərgəsində iri lövhə
“Polşa ilə oyunda hadisələrin istənilən axarına hazır idik. Futbolçularımla söhbət edib harada səhv etdiklərini, oyunun niyə plan üzrə getməməyinin səbəbini dönə-dönə soruşacağam”. Apasport.az saytının məlumatına görə, bu sözləri Yunanıstan milli komandasının baş məşqçisi Fernandu Santuş deyib.

Portuqaliyalı mütəxəssis AVRO-2012-nin Çexiya ilə sabah keçiriləcək qarşılaşması ərəfəsində futbolçularına dəfələrlə xəbərdarlıq edib: “Mən bütün səhvləri iri bir lövhədə yazmışam və başlıq qoymuşam: “Qaçmalı olduqlarımız”. Vrotslavdakı oyunda bunları təkrarlamamalıyıq. Daha gümrah olmalıyıq. Bəzi epizodların üzərində çalışırıq. Çexiyalıların oyunlarını izləyirik”.