Azərbaycanda ilk ispaniyalı
11.06.2012 - 15:25
Azərbaycanda ilk ispaniyalı
“Qəbələ”nin əvəzedici komandasına baş məşqçi təyin olunan Luis Araqon Azərbaycan futbol tarixinə ilk ispaniyalı baş məşqçi kimi düşüb. Apasport.az saytının məlumatına görə, “Barselona”dan gələn mütəxəssisə qədər Premyer Liqa və I divizion klublarımızda, həmçinin əvəzedici komandalarımızda bu ölkədən baş məşqçi olmamışdı.

Qeyd olunan 3 səviyyədə yalnız 16 ölkədən olan baş məşqçilər çalışıb. İndiyədək postsovet məkanından Gürcüstan, Latviya, Litva, Moldova, Rusiya, Ukrayna kimi ölkələr futbolumuza mütəxəssis göndərib. Qonşu Türkiyə, həmçinin Şərqi Avropa təmsilçiləri Bosniya və Herseqovina, Çexiya, Makedoniya, Rumıniya, Serbiya, Xorvatiya da klublarımıza baş məşqçi verib. Daha 2 Avropa ölkəsindən – Almaniya ilə İngiltərədən də çalışdırıcıların işlədiyi futbolumuzda yeganə qeyri avropalı Afrika təmsilçisidir. Bu isə Əlcəzair vətəndaşı olan məşqçidir.

Bir sözlə, İspaniya futbolumuzda baş məşqçi ilə təmsil olunacaq 17-ci ölkə olub.