Millimiz Braqada oynayacaq
11.06.2012 - 15:32
Azərbaycan milli komandasının DÇ-2014-ün seçmə mərhələsində keçirəcəyi ilk 2 matçın hansı stadionda oynanılacağı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, millimiz bu il sentyabrın 7-də İsrail yığması ilə Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacaq. Sentyabrın 11-də isə Portuqaliya yığması ilə Braqa şəhərindəki “Braqa Municipial Stadium”da üz-üzə gələcək.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0