Mourinyo İspaniyanı tənqid edib, İtaliyanı təriflədi
11.06.2012 - 15:43
“Əgər Buffonun qapısı qarşısında təhlükəli vəziyyət yaradılmayıbsa, topun daim Xavi, İnyesta və Fabreqas arasında hərəkət etməsində yaxşı heç nə yoxdur”. Apasport.az saytının xəbərinə görə, bu sözləri Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo deyib.
Avropa çempionatında İspaniya – İtaliya matçını izləyən portuqaliyalı mütəxəssis İspaniya millisinin oyunundan narazı qalıb.
O, xüsusilə komandanın hücumçusuz qalmasının nəticədə önəmli rol oynadığını bildirib: “Düzdür, ispanların yarımmüdafiə xətti güclü təsir bağışlayırdı və onlar çox çalışdılar. Amma hücumçusuz onların səyləri bir nəticə vermədi”.
Əvəzində İtaliya millisi haqda xoş sözlər söyləyən Mourinyo onların müdafiədə intizamlı oynadıqlarını vurğulayıb: “İtaliya çempionata yaxşı başladı. Xüsusilə, müdafiə xətti çox intizamlı təsir bağışlayırdı. Fikrimcə, İtaliya bu yarışda çox irəli gedə bilər. İspaniya Pirlonu durdura bilmədi. Andrea rahat şəraitdə oynayanda rəqibə çoxlu problem yaradırdı. De Rossi isə komandanın “cokeridir”. O, İtaliyanın ən yaxşı oyunçularından biridir”.

0
0