Berti Foqtsun yetirmələri ovuqda oynayacaq - FOTO
11.06.2012 - 15:52
Azərbaycan millisi DÇ-2014-ün seçmə mərhələsindəki ilk səfər matçını Braqa şəhərinin “Braqa Municipial Stadium”da keçirəcək. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun yetirmələrinin Portuqaliya millisi ilə keçirəcəyi oyunu qəbul edəcək arena öz unikallığı ilə seçilir.
Belə ki, Braqadakı stadion dünyanın ən qeyri-adi arxitekturaya malik idman qurğularından sayılır. 2003-cü il dekabrın sonunda təhvil verilən arena xüsusi olaraq AVRO-2004 üçün inşa olunub. Eduardu Soutu de Mouranın arxitektoru olduğu arena çox baha başa gəlib. Tikintisinə 83 milyon avro xərclənən stadion ən bahalı arenalar sırasındadır.
Cəmi 30154 tamaşaçı tutan qurğunun unikallığı isə dağın ovuğunda yerləşməsidir. Belə ki, dağ qayalarının ortası ovularaq orada ovuq açılıb. Stadion da məhz həmin ovuqda inşa olunub. Bu üzdən cəmi 2 tərəfdə tribunası olan arenanın damı paralel polad kanatlarla bərkidilib.
“Braqa” klubunun ev oyunlarını oynadığı stadionun meydançasının ölçüləri isə 105x68 metrdir.

0
0