“Simurq” Türkiyədə 3 oyun keçirəcək
11.06.2012 - 16:14
“Simurq” klubunun növbəti mövsümə hazırlıq prosesinin proqramı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, hazırda istirahətdə olan komanda iyunun 15-də Bakıda toplaşacaq. Tibbi müayinədən keçdikdən sonra “sarı-qaralar” baş məşqçi Georgi Çixradzenin rəhbərliyi altında növbəti mövsümün hazırlıq prosesinə start verəcək.
“Simurq” iyunun 23-dək paytaxtda məşqləri davam etdirəcək. Sonra təlim-məşq toplanışının növbəti mərhələsi üçün komanda tam heyətlə Türkiyəyə yola düşəcək. Kocaelinin “Kartepe” istirahət zonasında məskunlaşacaq “Simurq” iyulun 6-dək orada hazırlıq prosesi keçəcək.
Türkiyədəki təlim-məşq toplanışından sonra “Simurq” Zaqatalaya qayıdacaq. Burada da, bir həftəlik hazırlıq prosesindən sonra komanda qısa müddətli istirahətə buraxılacaq. Bundan sonra isə toplanışın ikinci mərhələsi üçün Zaqatala təmsilçisi yenidən bir araya gələcək.
Qeyd edək ki, Türkiyədəki toplanış zamanı Çıxradze yetirmələrini 3 yoldaşlıq görüşündə sınaqdan keçirəcək. Yerli futbolçularla yanaşı, bir neçə legioner futbolçu da burada baxışa dəvət olunacaq.
Mənbə: simurqpfk.az

0
0