“Gəlin, dəqiq olmayan şeydən danışmayaq”
11.06.2012 - 16:47
Avstriyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” klubunun baş məşqçisi Yunis Hüseynovun apasport.az saytına müsahibəsi
- Hazırlıq prosesi necə gedir?
- Yaxşı. Futbolçuların əhval-ruhiyyəsi yüksəkdir. Səylə hazırlaşırlar. Yalnız Rendal Brenes düşərgədə yoxdur. Onun Kosta-Rika yığmasının heyətində sabah rəsmi oyunu olduğundan, komandamıza iyunun 14-dən qoşulacaq.
- Millidəki futbolçularınız – Kamran Ağayev, Elnur Allahverdiyev, Rahid Əmirquliyev və Branimir Subaşiç istirahətdən sonra hazırlığa qatılıb. Onun hazırlıq durumu necədir?
- Onlara 1 həftə ümumu istirahət vermişdim. Hamısı iyunun 8-dən burdadır və komanda ilə 3 gündür məşq edirlər.
- Heyətdə zədə problem yoxdur ki?
- Göz dəyməsin, hələlik zədəlimiz yoxdur.
- Avstriyada 5 yoxlama oyunu keçirməyi planlaşdırmısınız. Rəqiblərlə bağlı nə deyə bilərsiniz?
- İyunun 15-də və 19-da qarşılaşacağımız rəqiblər məlumdur. Öncə Almaniyanın III divizion klubu ilə oynayacağıq. 19-da ya Almaniyanın II təmsilçisi, ya da Avstriya komandası ilə qüvvəmizi sınayacağıq. Bunlardan birinin olacağı dəqiqdir.
- Bəs sonrakı 3 rəqib?
- Hələ müəyyənləşməyib.
- Baxışa gələn holland və yaponiyalı hücumçuların hər ikisini geri qaytardınız. Onların hazırlıq səviyyəsi çox aşağı idi?
- Bəli. Sizə deyim ki, onlar bizim komandaya kömək edə bilməyəcəkdilər. Həmin legionerlər komandamıza uyğun olmadıqlarından, geri qaytardıq.
- İndi hansı legionerlərin yolunu gözləyirsiniz?
- Bu gün 2 nəfər gəlməlidir. Biri Braziliyadan olacaq. 2-3 legioner də gəlməlidir. Mənə bu axşam məlumat verəcəklər. Deyəsən, 2 nəfər Nigeriyadandır.
- Onlar yarımmüdafiə və hücum xəttində çıxış edənlər olacaq?
- Elədir. Biz bu mövqelərə futbolçular lazımdır. Ola bilər ki, Türkiyə Superliqasında oynamış futbolçu da gəldi.
- Həmin futbolçuları iyunun 15-də keçirəcəyiniz matçda sınayıb, qərar verəcəksiniz, yoxsa?
- Hər iki oyunda - həm 15-də, həm də 19-da sınaya bilərəm. Ancaq onlar bunadək gəlməlidirlər ki, məşq prosesində vəziyyətlərinə baxaq. Onları saxlayıb-saxlamamağımız bundan asılıdır. İlk 2 legionerə məşq prosesində baxdıq, dünən ikitərəfli oyun da keçirdik. Baxdım ki, yaponiyalının bizə köməyi dəyməyəcək. Hollandiyalını isə 2 məşqdən sonra yola salmışdıq.
- Yerli transferlərlə bağlı vəziyyət nə yerdədir? “Neftçi” ilə müqaviləsi başa çatan Ruslan Abışov, Cavid Hüseynov, Ruslan Əmircanovun komandanıza keçidi perspektivinə nə vaxt tam aydınlıq gələcək?
- Hələlik dəqiq bir şey yoxdur. İnşallah, dəqiq olanda sizə deyəcəyəm.
- Bu, nə vaxt olacaq?
- 3-4 gün ərzində hər şey dəqiqləşəcək.
- Komandanıza 2 yerli transfer olunması qüvvədə qalır?
- Bəli. 2 yerli transfer edəcəyik və keçidlərinin dəqiqləşməyini gözləyirik.
- Abışovun “Xəzər Lənkəran”a keçidi son günlərin əsas müzakirə obyektidir...
- Gəlin, dəqiq olmayan şeydən danışmayaq.
Mehman SÜLEYMANOV

0
0