Gürcüstan yığmasının sabiq baş məşqçisi “İnter”də
11.06.2012 - 16:50
Gürcüstan yığmasının sabiq baş məşqçisi “İnter”də
“İnter”də daha bir təyinat rəsmiləşib. Apasport.az saytının məlumatına görə, komanda məşqçi-seleksiyaçı Aleksandr Rexviaşvilinin ardından yeni məşqçi - Zaur Svanadze müqavilə imzalayıb.

54 yaşlı gürcüstanlı mütəxəssis futbolçu karyerası ərzində Kutaisi şəhərinin “Torpedo”, Tiflisin “Dinamo”, İsveçin “Holmsund” və “Motala” klublarında çıxış edib. O, İsveçdə məşqçi kimi də çalışıb.

Zaur Svanadze Tiflis “Lokomotiv”ində həm köməkçi, həm baş məşqçi vəsifələrində fəaliyyət göstərib. “Dinamo” klubunda futbol akademiyasına və əsas komandaya rəhbərlik edib. Vətənində aşağı yaş qruplardan ibarət yığmalarda da çalışıb. U-19-un baş məşqçisi olub, U-21-da köməkçi məşqçi vəsifəsində işlələyib. Daha sonra o, Gürcüstanın əsas yığmasında köməkçi məşqçi olub.

Bundan öncə isə “İnter”in çalışdırıcısı Kaxaber Sxadadzenin köməkçisi hazırda “Simurq”da baş məşqçi işləyən Georgi Çixradze olub.

Qeyd edək ki, Svanadze artıq 2009-cu ildə “İnter”də baş məşqçinin köməkçisi vəsifəsinin icrasına başlamalı olsa da, sonda onun kluba təyinatı baş tutmamışdı.

Mənbə: inter.az