Ənənə pozulmasa...
11.06.2012 - 19:45
Azərbaycan milli komandası DÇ-2014-ün seçmə mərhələsinin Portuqaliya ilə səfər oyununda xal qazana bilər. Apasport.az saytının məlumatına görə, oyunun keçiriləcəyi Braqa şəhərindəki “Braqa Municipial Stadium” meydan sahibləri üçün uğursuz arenadır. Belə ki, Portuqaliya millisi indiyədək bu stadionda qələbə qazanmayıb.
Sentyabrın 11-də baş tutacaq qarşılaşma rəqibimizin 2004-cü ildə inşa olunan arenada 3-cü oyunu olacaq. Əvvəlki 2 qarşılaşmada qonaqlar uduzmayıb. Ənənə davam edərsə, Azərbaycan millisi Braqadan xalla dönəcək.
Portuqaliya yığması bu arenada ilk matçını 2004-cü il martın 31-də keçirib. Həmin vaxt İtaliya yığması meydan sahibləri ilə yoldaşlıq oyununda 2:1 hesabı ilə qalib gəlib.
Uğursuz stadiona bir də 4 ildən sonra qayıdan Portuqaliya 2008-ci il oktyabrın 15-də o qədər də güclü olmayan Albaniya ilə qarşılaşıb. “Qarabağ”ın futbolçusu Admir Telinin hələ Azərbaycana gəlməmişdən Kriştianu Ronaldoya vurduğu məşhur dirsək zərbəsi ilə yada qalan qarşılaşma qolsuz bitmişdi.

0
0