“Xəzər Lənkəran”a qol vuran futbolçu Avropa çempionatında 6-cı oldu
11.06.2012 - 18:37
Xorvatiya yığmasının futbolçusu Mario Mancukiç hazırda keçirilən Avropa çempionatında (AÇ) hələlik ən erkən qolun müəllifidir. Apasport.az saytının məlumatına görə, İrlandiyaya 3:1 hesabı ilə qalib gəldikləri oyunun 2-ci dəqiqəsində başla hesabı açan “Volfsburq”un hücumçusu 52 illik tarixi olan turnirdə erkən qollara görə 6-cı yerdədir.
Siyahıya Rusiya yığmasındakı həmkarı Dmitri Kiriçenko başçılıq edir. Belə ki, hücumçu 2004-cü ildə keçirilən AÇ-də iyunun 20-də Yunanıstana 2:1 hesabı ilə qalib gəldikləri oyunda 67-ci saniyədə hesabı açıb. Sonrakı yerlərdə Sergey Aleynikov (AVRO-1988-də SSRİ yığmasında 2,07 dəqiqə), Alan Şirer (AVRO-1996-da İngiltərə yığmasında 2,14 dəqiqə), Maykl Ouen (AVRO-2004-də İngiltərə yığmasında 2,25 dəqiqə), Xristo Stoiçkov (AVRO-1996-da Bolqarıstan yığmasında 2,27 dəqiqə) olub.
Qeyd edək ki, Mario 2007-ci ildə Zaqreb “Dinamo”sunda oynadığı zamanı “Xəzər Lənkəran”a 3:1 hesabı ilə qalib gəldikləri Çempionlar Liqasının təsnifat mərhələsinin cavab oyununun əlavə vaxtında qələbə topunun müəllifi olmuşdu.

0
0