“Neftçi” üstünlüyü əcnəbilərə verir”
11.06.2012 - 23:02
Azərbaycan yığmasının müdafiəçisi Ruslan Əmircanovun apasport.az saytına müsahibəsi
- Hazırda nə işlə məşğulsuz?
- Bakıdayam. Bəzi işlər var ki, onları həll etməyə çalışıram.
- Yəqin ki, paytaxtda olmağınız transferlə bağlıdır. Karyeranızı “Neftçi”də davam etdirirsiz, yoxsa başqa klubda?
- Böyük ehtimalla komandamı dəyişəcəm.
- Fikriniz qətidir?
- Bəli, “Neftçi”dən gedirəm.
- Bəs qalmaqla bağlı klubdan təklif almısız?
- Əlbəttə, rəhbərlik qalmağımı istəyirdi. Hələ mövsüm başa çatmamışdan əvvəl kimləri ki, komandada görmək istəyirdilər, onlara təklif irəli sürmüşdülər. O cümlədən mənim də qalmağımı istəyirdilər. Sadəcə, bəzi məsələlər var idi ki, rəhbərliklə aydınlaşdırmaq lazım idi. Bura maliyyə də daxil idi.
- Sonra nə baş verdi ki, ayrıldız?
- Eşitdim ki, mənim mövqeyimə legioner axtarırlar. Bunu bir nəfər desəydi, inanmazdım. Amma menecerlər də təsdiqlədilər ki, “Neftçi” xaricdə sol cinah müdafiəçisi axtarır. Fikirləşdim ki, həmin mövqeyə əcnəbi alacaqlarsa, deməli, onu da oynadacaqlar. “Neftçi”də üstünlüyü əcnəbilərə verirlər. Artıq 27 yaşım var və ehtiyatda oturası vaxtım deyil.
- Bəlkə yeni transfer olunacaq futbolçudan daha üstün olacaqdınız...
- Rəqabətdən heç vaxt çəkinməmişəm. Yenə deyirəm, legioner gətirirlərsə, güclü oldu-olmadı, mütləq oynadacaqlar. Ona görə də qərara gəldim ki, əsas heyətində oynaya biləcəyim başqa komanda ilə danışıqlara başlayım. Çünki hazırkı şəraitdə “Neftçi”də qalsaydım, yenə ehtiyatda oturacaqdım.
- Rəhbərliklə maliyyə məsələsini danışmaq istədiyini dediniz. “Neftçi”nin təklif etdiyi məbləğ sizi qane edirdi?
- “Neftçi”də oynadığım müddətdə heç vaxt klub rəhbərliyindən “mənə bu qədər pul verəcəksiz” deməmişəm. Sadıq müəllimin (“Neftçi”nin prezidenti Sadıq Sadıqov) qarşısına şərt qoymamışam. Onunla söhbət edən vaxt hər zaman demişəm ki, Sadıq müəllim, siz nə məsləhət görürsüzsə, o da olacaq. Çünki karyeramda hələ belə klub rəhbəri görməmişəm. Mənə çox köməyi dəyib. Sadıq müəllim özü maaşımı artırırdı. Sadəcə, bu dəfə onun özü ilə yox, vitse-prezident Tahir Süleymanovla görüşdüm. Ortada anlaşılmazlıq oldu. Prezidentlə görüşə bilsəydim, özü 100 faiz alacağım pulu artıracaqdı. Ona problemlərimi deyəcəkdim. İstəyirəm Bakıda özüm üçün şərait qurum. Ev alım, gələcəkdə ailə quranda yaşamağa yerim olsun. İmkan varsa, üstünə bir-iki manat da əlavə edək. Bunu demək istəyirdim. Əgər razılıq verməsəydi, yenə onunla əl sıxıb, komandada qalacaqdım. Ancaq vəziyyət başqa cür alındı.
- Bəlkə kimsə bunda maraqlı idi?
- Sözü demək də bir qabiliyyətdir. Sadıq müəllimə elə deməyəcəkdim. Yəqin çatdırıblar ki, Ruslan 3 ildi oynayır, ona görə də 50 min artıq pul istəyir. Elə deyil axı. Sadıq müəllim özü deyib ki, Ruslan sənə bunu etmək istəyirəm, necədir? Demişəm, canınız saq olsun.
- Son günlərdə adınız həm “Xəzər Lənkəran”, həm də “İnter”lə yanaşı çəkilir. Hansı komandaya keçəcəyinizi qətiləşdirmisiniz?
- Həqiqətən də hər iki komanda mənimlə maraqlanır. Ancaq “İnter”ə keçəcəm. Burda gizlətməli bir şey yoxdur.
- Niyə məhz “İnter”ə?
- Kaxaber Sxadadze ilə yaxşı münasibətlərimiz var. “Standard”da onun rəhbərliyi altında oynamışam. O, işsiz olan vaxtlarda da daim əlaqə saxlayırdıq. “İnter”i seçməyimə gəldikdə, oynaya biləcəyim yerə getmək istəyirdim. Yəni hansı komandada meydana çıxmaq şansım çoxdursa, onu seçməli idim. Bu baxımdan üstünlüyü “İnter”ə verdim.
- Bəs müqavilə nə vaxt imzalanacaq?
- “İnter”in Bakıya dönüşünü gözləyirəm. Onlar gəldikdən sonra, bir daha oturub danışacağıq və yəqin ki, müqavilə imzalayacağıq.
- Bəziləri maliyyə məsələsinə görə “Neftçi”dən ayrıldığınızı düşünür. Bu, düzdü?
- Mən də eşitmişəm. Guya “İnter”də “Neftçi”dən çox pul alacam? Bunlar yanlışdır. Bilirəm ki, “İnter”də mükafat bir ay ərzində keçirdiyin 4 oyundan 8 xal toplayan zaman verilir. Halbuki, “Neftçi”də tutaq ki, “Qarabağ”ı məğlub edəndə həmin məbləğdə “premya” alırdıq. Pul arxasınca getsəydim, “Xəzər Lənkəran”ı seçərdim. Onlar hamısından çox məbləğ təklif edirdi. Ancaq mən oynamaq istəyirəm və əsas heyətə düşə biləcəyim komandanı seçəcəm.
- Başqa komandalardan necə təklif var idimi?
- Var idi. Hətta danışığımız da oldu, amma ortaq məxrəcə gələ bilmədik.
- Həmin komandanın adını niyə demirsiz?
- “Bakı” ilə anlaşa bilmədik.
- “İnter” təxminən 10 gündən artıqdır hazırlığa başlayıb. Tempdən geri qalmayacaqsız?
- Mayın 31-nə qədər məşq etmişəm. Bildiyiniz kimi, çempionat başa çatdıqdan sonra yığmanın düşərgəsində əvvəlcə Yaponiyaya, daha sonra Almaniyaya yollandım. Yəni ayın sonuna qədər hazırlıq prosesi keçmişik. Hardasa 10 gündür məşq etmirəm. Onun da 4-5 gününü Mingəçevirdə keçirdim. Bakıya gəldikdən sonra fərdi məşqlərə başlamışam.
- “İnter” Avropa Liqasında çıxış edəcək. Necə düşünürsüz, “bankirlər” mərhələ adlaya biləcəkmi?
- Mövsümün əvvəlində heç kim gözləmirdi ki, “İnter” Avropa Liqasına vəsiqə qazansın. Amma baş məşqçinin işi ortadadır. Yay fasiləsində isə Georgi Adamiya, Tales Şüts, Slavko Georgiyevski kimi futbolçularla gücləniblər. Onları gətirməkdə məqsəd ən azı bir mərhələ adlamaqdır ki, bunu bacaracaqlarına inanıram.

0
0