Messi ilə Ronaldoya Qvatemaladan “əlcək atıldı”
12.06.2012 - 11:52
Messi ilə Ronaldoya Qvatemaladan “əlcək atıldı”
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bu il yüksək liqalarda ən çox qol vuran futbolçuların siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, son 3 ildə dünyanın ən yaxşı futbolçusu olan Lionel Messi planetdəki bombardirlər arasında hegemonluq edir. “Barselona”nın argentinalı hücumçusu 37 oyuna 50 qolla 1-ci yerdə gedir. Onun ən yaxın izləyicisi Madrid “Real”ının heyətində 38 oyunda 46 qol vuran portuqaliyalı hücumçu Kriştianu Ronaldodur.

Dünyanın ən güclü futbolçularına “əlcək atan” yeni oyunçu çıxıb ki, bu da 3-cü pilləyə yüksələn Anri Ernandesdir. Qvatemalanın “Heredias-Jaguares” klubunda oynayan kolumbiyalı hücumçu 45 oyunda 35 qol vurub. Türkiyə Superliqasının 34 oyuna 32 qolla bombardiri olan “Trabzonspor”un hücumçusu Burak Yılmaz 5-ci pilləyə düşüb.

Qeyd edək ki, 62 futbolçunun yer aldığı siyahıya ən az 20 qol vuran futbolçu düşüb.