Portuqaliyalı hücumçu “Xəzər Lənkəran”ın heyətinə qoşuldu
12.06.2012 - 13:05
Avstriyada hazırlığını davam etdirən “Xəzər Lənkəran”ın düşərgəsinə portuqaliyalı futbolçu gəlib. Bu haqda apasport.az saytına komandanın rəisi Səməd Mustafayev məlumat verib.
O bildirib ki, hücumçu Joao Paulo Pinto Ribeyro artıq hazırlıqlarda iştirak edir.
“Ağ-yaşıllar”ın ötən yay transfer edib, 2 il müddətinə anlaşdığı 32 yaşlı legionerin icarəsi bitdiyindən, müqavilə ilə məxsus olduğu cənub klubuna qayıdıb: “Joao Pinto ilə müqaviləmiz var. Onu “Makkabi” ilə qarşılaşmalardan sonra icarəyə vermişdik. Kiprdə "Apollon" klubunda oynayıb, icarə müddəti bitəndən sonra bizə qayıdıb. Onun gələcək taleyinə baş məşqçi Yunis Hüseynov qərar verəcək”.
“Boavişta”nın yetirməsi olan Ribeyro karyerasının böyük hissəsini vətənində keçirib. İspaniyada “Tenerife”də çıxış edən hücumçu 2008-10-cu illərdə Buxarest “Rapid”ində oynayıb. “Xəzər Lənkəran”ın rumıniyalı sabiq baş məşqçisi Mirça Rednikə həmin vaxtdan tanış olan hücumçu 1 il öncə onun sərəncamına Kiprin “Olimpiakos” klubundan gəlmişdi.
O, “Makkabi” ilə Avroliqanın II təsnifat mərhələsinin oyunlarında iştirak etdikdən sonra cənub klubundan getmişdi.
Mehman SÜLEYMANOV

0
0