“Xəzər Lənkəran” Kiyev “Dinamo”su ilə oynayacaq
12.06.2012 - 14:17
“Xəzər Lənkəran” Kiyev “Dinamo”su ilə oynayacaq
“Xəzər Lənkəran”ın Avstriyadakı təlim-məşq toplanışında keçirəcəyi yoxlama oyunlarına növbəti rəqibi müəyyənləşib. Komandanın rəisi Səməd Mustafayev apasport.az saytına açıqlamasında Kiyev “Dinamo”su ilə sınaq matçı keçirəcəklərini bildirib.

Həmin oyunun iyunun 20-də keçirilməyi nəzərdə tutulub: “Ancaq bu, “Dinamo”nun əsas yox, əvəzedici komandası olacaq. Onlar bizim burada Zalsburqda qalırlar və oyun keçirmək istədilər. Biz də razılaşdıq və Avstriyada yoxlama oyununda 3-cü rəqibimizin Kiyev təmsilçisi olacağı dəqiqləşib”.

Qeyd edək ki, lənkəranlılar Avroliqaya hazırlıq məqsədilə Avstriyada 5 yoxlama oyunu keçirməyi planlaşdırır. Matçların tarixləri iyunun 20-si ilə yanaşı, 15-i, 18-i, 24-ü və 27-dir.