Millimizə Çexiyadan futbolçu çağırıldı
12.06.2012 - 14:23
İyunun 17-dən 30-a qədər Almaniyanın Frankfurt şəhərində 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasıın təlim-məşq toplanışı keçiriləcək. Apasport.az saytının məlumatına görə, toplanış çərçivəsində Lüksemburqun U-16 yığması ilə 2 yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulub.
Bundan əlavə, yığmamız iyulun 1-dən 5-dək Almaniyanın Duysburq şəhərində təşkil olunacaq beynəlxalq turnirdə iştirak edəcək. Yığmanın heyətinə dəvət olunmuş futbolçuların siyahısı artıq müəyyənləşib. 18 nəfərlik heyətin düz yarısı – 9 futbolçu “Qəbələ”ni təmsil edir. Maraqlıdır ki, “Neftçi” millidə təmsil olunmayıb. Əvəzində baş məşqçi Nikolay Adam Çexiyadan da futbolçu dəvət edib: Ağaseyid Qasımov, Natiq Peyman (hər ikisi “İnter”), Bəhlul Mustafazadə, Roman Hüseynov, Vüqar Əlibabayev, Sahil Mirzəyev, Coşqun Süleymanov, Məhəmməd Hüseynov, Aleksey Dedyukin, Mirəli Məmmədzadə, Fərid Əsədli (hanısı “Qəbələ”), Əlibəy Məmmədli, Anar Həsənov (hər ikisi “Rəvan”), Heydər Babayev, Elnur Cəfərov (hər ikisi “Xəzər Lənkəran”), Eltun Turabov, Şahban Cəbrayılov (hər ikisi “Qarabağ”), Məmməd Məmmədov (“Dukla”, Çexiya).
Mənbə: affa.az

0
0