Səməd Mustafayev: Biz onunla maraqlanmamışıq
12.06.2012 - 14:32
“Xəzər Lənkəran” klubunun rəisi Səməd Mustafayevin apasport.az saytına müsahibəsi
- Avstriyadakı təlim-məşq toplanışınıza qatılmalı olan legionerlərlə bağlı vəziyyət nə yerdədir?
- Düşərgədə hələlik 2 legioner var. Biri müqavilə bağladığımız rumıniyalı müdafiəçi Manuel Skarlatake, digəri portuqaliyalı hücumçu Joao Paulo Pinto Ribeyrodur. Joao müqavilə ilə bizə məxsusdur və son 1 ili Kiprdə icarədə keçirib.
- Pintonu hansı kluba icarəyə vermişdiniz?
- Yadınızdadırsa, onu hələ ötən yay transfer etmişdik, “Makkabi” ilə oyunlarda iştirak etmişdi. Bundan sonra Pintonu icarəyə verdik. Kiprdə tam 1 klubda oynamadı. Sonuncu dəfə “Apollon”un heyətində idi.
- Yəqin ki, onun komandadakı gələcək taleyi baş məşqçi Yunis Hüseynovun qərarından asılı olacaq...
- Bəli. İcarə müddəti bitdiyindən, müqavilə ilə məxsus olduğu kluba qayıdıb. Yunis müəllim qarşıdakı günlərdə Pinto haqda qərar verəcək.
- Skarlatakenin hazırlıq vəziyyəti necədir?
- Manuel son oyununu mayın 23-də, Rumıniya kubokunun finalında Buxarest “Dinamo”sunda keçirib. Ola bilər 1-2 günlük çətinlik çəksin. Çünki 18 gün ərzində məşq eləməyib, dincəlib. Ancaq dünən məşqlərimizə qoşulan Skarlatakenin yorğunluğu çox büruzə vermədi.
- Bu günlərdə baxışa gələnlər olacaq?
- Bəli. Heyəti gücləndirmək üçün 2-3 yaxşı legionerə ehtiyacımız var.
- Onlarla konkret danışıqlar olub?
- Hələlik yox. Bizə xeyli əcnəbi futbolçular təklif olunub. Amma seçimi Yunis müəllim edəcək.
- Aralarında tanınmış futbolçular varmı?
- Bəziləri Türkiyə Superliqasında oynayıb. Ancaq bizə gəlib-gəlməyəcəkləri dəqiq bilinmir. Bu səbəbdən indi ad çəkmək istəmirəm.
- “Antalyaspor”un yollarını ayırdığı tunisli hücumçu Əli Zitouninin “Xəzər Lənkəran”a təklif olunduğu bildirilirdi...
- Həmin məlumatı sizin saytdan oxumuşam. Ancaq biz onunla maraqlanmamışıq.
- Yunis Hüseynov ilk 2 yoxlama matçında rəqiblərin dəqiqləşdiyini bildirib. Digər rəqiblər də bəllidirmi?
- İyunun 15-də olan rəqibimiz Almaniyanın III divizion təmsilçisidir. Hazırlıq yeni başladığından Yunis müəllim ilk 2 matçda çox da güclü olmayan komanda ilə görüşmək istəyirdi. İkinci oyunumuz 19-da yox, 18-də olacaq. Həmin gün rəqib ya Almaniyanın I liqa, ya da Avstriyanın aşağı divizion təmsilçisi ilə qarşılaşacağıq. 20-də rəqib məlumdur ki, bu da Kiyev “Dinamo”sudur.
- Söhbət Yuri Syominin baş məşqçisi olduğu əsas komandadan gedir?
- Xeyr. “Dinamo”nun əvəzediciləridir. Bundan sonrakı oyunlar iyunun 24-də və 27-də olacaq. Ancaq rəqiblər hələ dəqiqləşməyib.
- Bəs namizədlər hansılardır?
- Rumıniya klubları – “Vaslui” və ya Buxarest “Dinamo”su ola bilər. Bir çox təkliflər var. Yunis müəllim son 2 matçda güclü klublarla görüşməyimizi istəyir və rəqiblər yüksək liqa təmsilçiləri olacaq.
- 2 yerli transferiniz gözlənilir. Bu yöndə son durum necədir?
- Yerli transfer etmək istəyimiz doğrudur. Bu gün “Xəzər Lənkəran” da daxil olmaqla, Azərbaycanın bir sıra klubları heyətində yaxşı, təcrübəli futbolçu görmək istəyir. Ola bilər ki, hansısa yerli futbolçu bizə qoşulsun. Ancaq real heç nə yoxdur.
- “Neftçi” ilə müqaviləsi bitən Cavid Hüseynov saytımıza açıqlamasında “Xəzər Lənkəran”a keçidi ilə bağlı danışıq apardığı, ilkin razılığın olduğunu bildirib. O, rəsmi müqavilə imzalayıb, Avstriyaya təlim-məşq toplanışına qatılmağını gözləyir. Bu, nə vaxt reallaşacaq?
- Cavidin bizim klubla müqavilə bağlayıb, oynamağı hələ dəqiq deyil.
- Hazırda əsas diqqət “Neftçi” ilə müqaviləsi bitən digər futbolçu Ruslan Abışova yönəlib. Onun artıq sabah Avstriyadakı hazırlıq prosesinə qoşulacağı xəbəri düzgündür?
- Ruslanla maraqlanırıq. Ancaq onun komandamıza sabah qoşulub-qoşulmayacağı da dəqiq deyil.
- Abuşovla danışıqlar nə vaxt yekunlaşacaq?
- Hələ bilinmir. Danışıqlar gedir.
Mehman SÜLEYMANOV

0
0