Yunis Hüseynov “Anortosis”in qənimimi bəyənəcəkmi?
12.06.2012 - 23:01
Ötən ilin yayında “Xəzər Lənkəran”a transfer olunan Joao Paulo 2011/12 mövsümünün böyük hissəsini Kiprdə keçirdi. Avropa Liqasının “Makkabi” (İsrail) ilə qarşılaşmalarından sonra ada ölkəsinə yollanan portuqaliyalının “Apollon” klubundakı karyerasını apasport.az saytı araşdırıb.
Ötən ilin iyulunda “Xəzər Lənkəran”ı tərk edən Joao elə növbəti ay start götürən Kipr çempionatının ilk turunda yeni klubunda debüt edib. “Apollon”un 32 çempionat oyunundan 24-də portuqaliyalı meydanda olub. Bu matçların 6-da 90 dəqiqə əvəzolunmaz olan futbolçu daha 16 dəfə start heyətdə meydana çıxsa da, sonradan əvəzlənib. Yalnız 2 dəfə isə özü sonradan meydana girib.
Ümumilikdə, Kipr çempionatında 1678 dəqiqə oynayan hücumçu 18 matçı çempionatın əsas mərhələsində, 6 oyunu isə 5-8-ci yerlər uğrunda pley-off mərhələsində keçirib. Əvvəlki mərhələni 8-ci olan Limasol təmsilçisi sonda 6-cılıqla kifayətlənib.
Çempionat ərzində cəmi 1 dəfə sarı vərəqə ilə cəzalanan “Xəzər Lənkəran”ın futbolçusu icarədə olduğu komandaya 4 qolla töhfə verib. Ötən il oktyabrın 23-də “Nea Salamina” ilə səfər matçında dubl müəllifi olan 32 yaşlı futbolçu qollardan birini penaltidən vurub – 2:1.
Dekabrın 19-da “Ermis” üzərində səfər qələbəsində də pay sahibi olan Joao 2 qoldan birinin müəllifi idi – 2:0. Paulo son qolunu əsas mərhələnin sonuncu – 26-cı turunda vurub. Həmin vaxt məşhur “Anortosis”in qapısına 90+2-ci dəqiqədə vurulan bərabərlik qolu komandaya xal qazandırıb – 1:1.

0
0