“Neftçi” Rusiya çempionu ilə qarşılaşacaq
12.06.2012 - 15:52
“Neftçi”  Rusiya çempionu ilə qarşılaşacaq
Bakının “Neftçi” klubunun Türkiyədə keçirəcəyi təlim-məşq toplanışındakı rəqiblərindən biri məlum olub. Apasport.az saytının məlumatına görə, Böyükağa Hacıyevin yetirmələri yoxlama oyunlarından birində Rusiyanın “Mordoviya” klubu ilə görüşəcək. Saransk təmsilçisi ilə matç iyunun 17-də baş tutacaq.

Qeyd edək ki, Qızılcahamamda toplanış keçən “Mordoviya” 2011/12 mövsümündə Rusiya çempionatının aşağı dəstəsində çempion olaraq Premyer Liqaya yüksəlib.