“Sumqayıt”da yeni məşqçi
12.06.2012 - 16:40
“Sumqayıt”ın məşqçilər korpusunda növbəti dəyişiklik edilib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ötən mövsümün birinci dövrəsindən sonra futbolçu karyerasını “Sumqayıt”da başa vuran Aqil Məmmədov dərhal əvəzedici komandada Vaqif Paşayevin köməkçisi kimi işə başlamışdı. 40 yaşlı mütəxəssis 2012/2013 mövsümündən etibarən isə baş məşqçi Bernhard Raabın köməkçisi kimi çalışacaq. Məmmədovla yanaşı, Yunusov da əsas komandada köməkçi məşqçidir.
Peşəkar karyerasına 1989-cu ildə Sumqayıtın “Xəzər” komandasında başlayan Aqil Məmmədov 1994-cü ildə Tovuzun “Turan” klubuna keçib və hər 2 komanda ilə Azərbaycan çempionatında gümüş medallara sahib çıxıb. 1996-1998-ci illər ərzində Sumqayıtın “Kimyaçı” klubunda çıxış edən Aqil 1997-1998-ci illər ərzində “Şəmkir”də ölkə çempionluğunu qazanıb.
Karyerasının pik nöqtəsini 2003-2006-cı illər ərzində “Neftçi”də keçirmiş Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi “ağ-qaralar”la Premyer Liqa və ölkə kubokunu qazanıb. Aqil “Karvan” və “Standard”dan sonra “Sumqayıt”a qayıdıb.
Qeyd edək ki, Məmmədov Azərbaycan çempionatlarında ən çox forma geyinən 4-cü futbolçudur. O, bu vaxtda qədər milli çempionatlarımızda 364 dəfə meydana çıxıb.

0
0