Aqil Məmmədov: Bu, xeyir verəcək
12.06.2012 - 16:45
“Növbəti mövsümdən etibarən əsas komandada Bernhard Raabın köməkçisi kimi fəaliyyətimi davam etdirəcəyəm. Əsas məqsədimiz “Sumqayıt”ı daha üst pillələrə daşımaq olacaq”. Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın yeni məşqçisi Aqil Məmmədov deyib.
Bu postda Aslan Kərimovu əvəzləyən mütəxəssis klubun rəsmi saytına açıqlamasında bildirib ki, növbəti mövsüm üçün olduqca döyüşkən heyət qurulub: “Gənclərlə təcrübəli futbolçuların tandemi xeyir verəcək. Artıq komandanın heyətində Samir Abasovdan başqa, Aftandil Hacıyev və Ceyhun Sultanov kimi təcrübəli futbolçular yer alır. Fərid Quliyev, Sabir Allahquliyev və Emin Cəfərquliyev də komandamıza xeyir verəcək. Növbəti mövsüm “Sumqayıt” bütün komandalarla başabaş mübarizə aparacaq”.

0
0