Bülənt Korkmaz “Bakı”nı ziyarət etdi - FOTO
12.06.2012 - 17:47
"Bakı"nın sabiq baş məşqçisi Bülənt Korkmaz bu gün keçmiş komandasını ziyarət edib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 2 il əvvəl Azərbaycandan ayrılan türkiyəli mütəxəssis 2009/10 mövsümündə çalışdırdığı “zolaqlılar”ın təlim-məşq bazasında gəzişərək, gördüklərindən məmnun qaldığını bildirib. Klub infrastrukturuna ən yüksək qiymət verən Korkmaz belə şəraitdə əla futbolçuların yetişəcəyinə əmin olduğunu söyləyib. Klub prezidenti Hafiz Məmmədova futbolun inkişafında göstərdiyi xidmətlərə xüsusi təşəkkürünü bildirən türkiyəli qonaq "Bakı"ya Avropa sahələrində uğurlar arzulayıb. İcraçı-direktor Yaşar Seyidov fəxri qonağa klub atributları hədiyyə edib.
Qeyd edək ki, “Qalatasaray”ın əfsanəvi kapitanı Korkmaz həmyerlisi, “Fənərbaxça”nın sabiq futbolçusu Səlcuk Yula ilə birgə “Topaz”ın dəvəti ilə ölkəmizdə səfərdədir.
Qeyd edək ki, “Qalatasaray”ın əfsanəvi kapitanı Korkmaz həmyerlisi, “Fənərbaxça”nın sabiq futbolçusu Səlcuk Yula ilə birgə “Topaz”ın dəvəti ilə ölkəmizdə səfərdədir.
0
0