“Sumqayıt” “Neftçi”nin qapıçısını transfer etdi
12.06.2012 - 17:53
“Sumqayıt” növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, Aftandil Hacıyev, Emin Cəfərquliyev, Sabir Allahquliyev, Ceyhun Sultanov, Fərid Quliyev və Səlahət Ağayevi heyətinə qatan sumqayıtlılar “Neftçi” ilə yollarını ayıran qapıçı Elçin Sadıqovla “1+1” sistemi üzrə müqavilə imzalayıb.
Elçin yeni klubunun rəsmi saytına açıqlamasında keçidi ilə bağlı fikirlərini açıqlayıb: “Ötən mövsümün sonunda “Neftçi”dən ayrılmağa qərar verdim. Paytaxt klubunda əsas heyətə düşə bilmirdim. Bu səbəbdən daim oynaya biləcəyim komandaya keçmək istəyirdim. “Sumqayıt” Futbol Klubundan təklif alan kimi dərhal danışıqlara başladım. Bu komandada özümü doğruldacağıma inanıram”.
Vaxtilə U-17, U-19 və U-21-in şərəfini qorumuş 23 yaşlı Sadıqov Sumqayıt təmsilçisində 12 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, “Sumqayıt”ın yeni transferlərindən “İnter”dən icarəyə götürülən Ağayev də qapıçıdır.

0
0