Klub prezidenti: O, xeyli vaxtdır Azərbaycanda oynamaq istəyirdi
13.06.2012 - 09:41
Klub prezidenti: O, xeyli vaxtdır Azərbaycanda oynamaq istəyirdi
“Lokomotiv”in yeni transferi Lusia Braunun Polşadan gedişi heç kimi təəccübləndirməyib. Apasport.az saytının məlumatına görə, PTPS Pila klubunun prezidenti Radoslav Cyemeqa son 2 mövsümdə heyətlərində çıxış edən Yamayka millisinin voleybolçusunun Azərbaycana gedişinin gözlənilməz olmadığını deyib.

Onun sözlərinə görə, 24 yaşlı blokçu müəyyən müddətdir karyerasını ölkəmizdə davam etdirməyi arzulayırmış: “Sirr deyil ki, Braun xeyli vaxtdır Azərbaycana getmək, orada oynamaq istəyirdi. Buna görə də biz onun qərarına normal yanaşdıq və təəccüblə qarşılamadıq. Bunun üçün də o bizlə yeni müqavilə imzalamadı”.

Qeyd edən ki, Lusia son mövsümdə PTPS Pila-nın heyətində Polşa çempionatının ən yaxşı blokçusu seçilib.