Azərbaycan yığmasına uduzduğu məkandan şad xəbər
13.06.2012 - 09:50
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində sonuncu olmadı. Apasport.az saytının məlumatına görə, seçmə oyunları başa çatmasa da millimiz 5 komandalı qrupda 4-cü yeri təmin edib.
Buna səbəb İslandiya yığmasının Norveçdə Drammen şəhərindəki oyunda 1:2 hesabı ilə uduzmasıdır. Ayın əvvəlində Azərbaycanı bu şəhərdə məğlub edən norveçlilər bu dəfə İslandiyanı xalsız yola salıb. Bu isə millimiz üçün şad xəbərdir. Artıq ada təmsilçisinin son oyunlardan asılı olmayaraq 5-ci olması rəsmiləşib.
İndi hesabında cəmi 3 xal olan islandiyalılar üçün özündən 4 xal öndə olan Bernard Lippertin yetirmələri əlçatmazdır. Yığmamız sentyabrın 6-da Bakıda İngiltərə ilə keçirəcəyi oyunun nəticəsindən asılı olmayaraq autsayderlikdən qurtulub.
Qeyd edək ki, bu, millimizin tarixində ikinci belə hadisədir. Final mərhələsi 1996, 2000, 2004, 2006, 2009 və 2011-ci illərdə keçirilən Avropa çempionatlarının seçmə mərhələlərində yığmamız istisnasız sonuncu olub.
Avro-1998-ə qatılmayan, Avro-2007-nin qrup mərhələsindən isə təsnifat mərhələsində uduzaraq kənar qalan komandamız indiyədək yalnız 1 dəfə sonuncu olmamışdı. Bu da Avro-2002-nin seçmə mərhələsində, Makedoniyanı qabaqladığımı vaxt gerçəkləşmişdi.

0
0