“Qəbələ” “Yuventus”la eyni turnirdə
13.06.2012 - 09:45
“Qəbələ”nin 11 yaşa qədər futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək. Apasport.az saytının məlumatına görə, komanda bu məqsədlə Portuqaliyaya yollanır.
Təmsilçimiz “Yuventus” (İtaliya), “Porto”, “Benfika”, “Nasional” (hamısı Portuqaliya), “Vilyareal”, “Deportivo” (hər ikisi İspaniya), “Marsel”, “Loryen” (hər ikisi Fransa) kimi tanınmış klubların iştirak etdiyi yarışa qatılacaq. İyunun 24-30-da baş tutacaq ənənəvi “İbercup-2012” turniri paytaxt Lissabonda keçiriləcək.
“Qəbələ” Portuqaliyaya qapıçılar Elməddin Sultanov, Pünhan Hacıbalayev, müdafiəçilər Salman Ələsgərov, Taleh Hacızadə, İdris İnqilablı, Tamerlan Rizvanov, Nicat Verdiyev, yarımmüdafiəçilər Cavanşir Cavanşirov, Veysəl Rzayev, Anar Əsgərov, Samir Qurbanov, Nicat Oruclu, Orxan Abdullayev, Təbriz İsazadə ilə yollanır.
Qeyd edək ki, 32 komandanın iştirak edəcəyi turnirdə “Qəbələ” ilkin mərhələdə H qrupunda “Loryen” (Fransa), “UC Venesuela” (Venesuela) və CİF (Portuqaliya) komandalarına qarşı mübarizə aparacaq. Təmsilçimiz iyunun 25-i CİF, 26-ı “Loryen”, 27-i isə “UC Venesuela” ilə üz-üzə gələcək.
Mənbə: gabalafc.az

0
0