Ruslan Abışov “ağ-yaşıl” formada!
13.06.2012 - 11:39
Azərbaycan millisinin futbolçusu Ruslan Abışovun “Xəzər Lənkəran”a keçidi rəsmiləşmək üzrədi. Apasport.az saytının Avstriyaya ezam olunmuş əməkdaşının məlumatına görə, 6 ildir formasını geyindiyi “Neftçi” ilə yeni müqavilə bağlamaq istəməyən 25 yaşlı müdafiəçi artıq cənub təmsilçisinin düşərgəsinə yollanıb.
Ruslan bu gündən iyunun 5-dən Zalsburqda təlim-məşq toplanışında olan “ağ-yaşıllar”ın sıralarına qoşulacaq. “Xəzər Lənkəran”la 2 illik müqavilə razılaşdıran Abışov bununla da cənubluların ilk yerli transferi olacaq.
Onunla elə bu gün rəsmi müqavilənin bağlanması gözlənilir.
Qeyd edək ki, Ruslan karyerasını bunadək yalnız “Neftçi”də keçirmişdi.

0
0