“Veles Sarsfild”də qol vurub, “Rəvan”a keçir
13.06.2012 - 12:14
“Rəvan” argentinalı futbolçu transfer edir. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi 26 yaşlı hücumçu Xuan Manuel Varea ilə anlaşıb.
Son 3 mövsümdə Bosniya və Herseqovinanın “Şiroki Briyeq” klubunda çıxış edən argentinalı 55 oyunda 24 qol vurub. Karyerası ərzində bir çox klubların formasını geyən Vareanın ilk peşəkar klubu məşhur “Veles Sarsfild” olub. O, bu klubda 5 oyuna 1 qol vurub.
Qeyd edək ki, Varea 2009-cu ildə Bosniya və Herseqovinanın ən yaxşı legioneri seçilib və 2010-cu ilin yanvarında mükafatını alıb.

0
0