“Xəzər Lənkəran” - “Astra” marşrutunun növbəti sərnişini
13.06.2012 - 12:19
“Xəzər Lənkəran”ın sabiq futbolçusu Andrey Mureşan özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, müdafiəçi karyerasını vətəni Rumıniyada davam etdirəcək. Andrey bundan sonra “Astra” klubunda oynayacaq. O, yeni komandası ilə rəsmi müqaviləyə də imza atıb.
Mureşan “Xəzər Lənkəran”dan “Astra”ya yollanan ilk rumıniyalı deyil. Bu marşrutun ilk yolçusu baş məşqçi Mirça Rednik olmuşdu. Lakin Andreyi Azərbaycana gətirən mütəxəssis sabiq yetirməsinin “Astra”ya keçidinə qədər bu komandadan da ayrılıb.
Qeyd edək ki, “Xəzər Lənkəran”da 51 oyun keçirib 3 qol vurub.

0
0