Marius Pavelek: Mənimlə “Bakı” da maraqlanır, “Qəbələ” də
13.06.2012 - 13:43
“Karyeramı Azərbaycan və ya Türkiyədə davam etdirəcəyəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşa millisinin sabiq qapıçısı Marius Pavelek deyib.
“Konyaspor”la müqaviləsi başa çatdıqdan sonra “Qəbələ”nin maraq dairəsinə düşən qolkiper Azərbaycanda 1 deyil, 2 klubun hədəfində olduğunu açıqlayıb: “Bu ölkələrin hərəsindən 2 klub mənimlə maraqlanır. Türkiyədə bunlar “Kasımpaşa” və aşağı dəstə təmsilçilərindən biridir. Azərbaycanda isə “Bakı” və “Qəbələ”nin maraq dairəsindəyəm. Azərbaycandan aldığım təkliflər daha cəlbedicidir.
Lakin hələ tələsmirəm. Götür-qoy etdikdən sonra qərar verəcəyəm. “Konyaspor” mənimlə müqaviləni uzatmadı. Çıxış etdiyim Türkiyənin I dəstəsindəki qaydalara əsasən 30 yaşından yuxarı legioneri 1 mövsümdən artıq saxlamırlar. “Konyaspor” azarkeşlərinin hamısına təşəkkür edirəm. Onları heç vaxt unutmayacağam”.

0
0