“Simurq”da daha 1 imza
13.06.2012 - 15:01
“Simurq”da daha 1 imza
Növbəti mövsüm üçün iddialı heyət qurmağı planlaşdıran "Simurq" bir neçə futbolçusu ilə də müqavilələrinin müddətini artırmaqda davam edir. Apasport.az saytının məlumatına görə, Qərib İbrahimovdan sonra Zaqatala təmsilçisi Rasim Ramaldanovla yeni razılaşmanı rəsmiləşdirib. Mərkəz müdafiəçisi daha 1 il "Simurq"un kapitan sarğısını daşıyacaq.

Qeyd edək ki, 2008-ci ildən Zaqatala təmsilçisinin formasını geyinən Rasim Ramaldanov ötən mövsüm 24 qarşılaşmada forma geyinib və 2 dəfə rəqib qapıçılarını məyus edib.

Mənbə: simurqpfk.az