“Neftçi” birini bitirib, digərinə hazırlaşır
13.06.2012 - 15:12
“Neftçi” birini bitirib, digərinə hazırlaşır
Hazırlıq prosesi keçmək üçün Türkiyənin Bolu şəhərinə yollanan “Neftçi” Türkiyədə ilk məşqə çıxıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatın görə, təxminən 1 saat yarım davam etmiş məşq komandanın məskunlaşdığı “Koru” otelinin meydançasında baş tutub.

Yüngül qaçışla başlanan məşqin əsasını fiziki tapşırıqlar təşkil edib. Flaqman ikinci məşqinə Bakı vaxtı ilə saat 20.00-da çıxacaq.