“Anderlext” “Neftçi”nin futbolçusuna göz dikib
13.06.2012 - 15:41
Müqavilə ilə “Neftçi”yə məxsus Emil Mpenza karyerasını daha güclü komandada davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, Belçika millisinin sabiq futbolçusu ölkəsində 2 nəhəng klubun maraq dairəsindədir.
Bunlar adlı-sanlı, Avropada qazandığı titulları ilə tanınan “Anderlext”, həmçinin “Gent”dir. Hər iki klub “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin imtina etdiyi Mpenzaya göz dikib.
Hər 2 klub Mpenza ilə hücum xəttində yaranana boşluğu arana qaldırmaq istəyir. “Gent” “Beerskot”a keçən Kulibali, “Anderlext” isə gedişi gözlənilən Mbokani ilə de Satterin əvəzinə təcrübəli forvardı istəyir.
Qeyd edək ki, “Neftçi” Mpenzanı transferə çıxarsa da, belçikalı özünə klub tapmamış bakılıların düşərgəsini tərk etmişdi. Hər 2 tərəf də narazılığını FİFA-ya şikayət etməklə bildirmişdi.

0
0