“Simurq” braziliyalı yarımmüdafiəçinin izində
13.06.2012 - 23:01
“Simurq” braziliyalı yarımmüdafiəçinin izində
“Kristian Torresin məsələsi artıq həllini tapıb. “Rəvan”la bu məsələni həll etmişik”. Bunu apasport.az saytına “Simurq” klubunun icraçı-direktoru Vaqif Əliyev deyib.

Mövsüm başa çatdıqdan sonra “Rəvan”ın hücumçusu Kristian Torreslə müqavilə imzaladıqlarını açıqlayan Zaqatala təmsilçisi sonradan müəyyən problemlə qarşılaşmışdı.

Belə ki, argentinalı futbolçunun “Rəvan”la müqaviləsi davam etdiyindən qarşı tərəf ona görə kompensasiya istəyirdi. Əliyev bu məsələni öz aralarında həll etdiklərini bildirib: “Kompensasiya ödəyib-ödəmədiyimizi deməyəcəm. Transferin detalları haqda danışmaq istəmirəm. Amma məsələ 2 klub arasında həll edildi”.

Bu arada əyalət təmsilçisi braziliyalı yarımmüdafiəçini baxışa dəvət edib. Son mövsümü Moldova klublarından birində keçirən Ademar bu də “Simurq”un baş məşqçisi Georgi Çexridzenin etimadını qazanmağa çalışacaq.

O, komandanın Türkiyədəki toplanışına qatılacaq. Klub rəsmisinin sözlərinə görə, hazırlıq prosesinə başqa oyunçular da gələcək.