“Xəzər Lənkəran”ın ilk oyununun vaxtı dəqiqləşdi
13.06.2012 - 16:16
“Xəzər Lənkəran”ın mövsümlərarası fasilədə keçirəcəyi ilk yoxlama oyununun vaxtı müəyyənləşib. Komandanın baş məşqçisi Yunis Hüseynov apasport.az saytına açıqlamasında Avstriya təlim-məşq toplanışı çərçivəsində ilk sınaq matçının iyunun 15-də keçirmələrinin qüvvədə qaldığını bildirib. O, Almaniyanın III divizion təmsilçisi ilə oyunun yerli vaxtla saat 18:30-da (Bakı vaxtilə 21:30-da) başlayacağını bildirib. Avroliqadakı təmsilçimiz almanlarla hazırlığını keçirdiyi Kirxdorf qəsəbəsindəki futbol meydançasında görüşəcək.
Qeyd edək ki, lənkəranlıların növbəti rəqiblərindən iyunun 20-də Kiyev “Dinamo”sunun əvəzedici komandası ilə oynayacağı artıq dəqiqləşib.
Qeyd edək ki, lənkəranlıların növbəti rəqiblərindən iyunun 20-də Kiyev “Dinamo”sunun əvəzedici komandası ilə oynayacağı artıq dəqiqləşib.
0
0