“Bakı”da yeni təyinat
13.06.2012 - 16:58
“Bakı”da yeni təyinat
"Bakı" futbol klubunda yeni təyinat gerçəkləşib. Apasport.az saytının məlumatına görə, Qəhrəman Əliyev komandanın məşqçisi təyin olunub. O, Novruz Əzimovun köməkçisi vəzifəsini tutub.

Qeyd edək ki, Əliyev bu təyinata qədər əvəzedici komandanın baş məşqçisi vəzifəsində çalışırdı.