AFFA “Paşa Sığorta”ya sertifikat təqdim etdi - VİDEO - FOTOSESSİYA
14.06.2012 - 14:28
Bu gün AFFA-nın inzibati binasında FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsi ilə Paşa Sığorta şirkətinin nümayəndələri arasında görüş keçirilib. Apasport.az saytının məlumatına görə, görüş zamanı tərəflərin nümayəndələri əməkdaşlıq haqda fikirlər səsləndirib.
AFFA-nın baş katibi, DÇ-2012-nin Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov bildirib ki, AFFA ilə Paşa Sığorta şirkəti arasında 2 ildir mövcud olan əməkdaşlıq ölkəmizdə futbolun inkişafına öz töhfələrini verir: “FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsi adından Paşa Sığorta şirkətinə təşəkkür edirik. Artıq Paşa Sığorta rəsmi şəkildə dünya çempionatının milli dəstəkçisi oldu və bu turnirin təşkilinə öz töhfələrini verəcək. Bu, bir daha onu göstərir ki, Azərbaycanda fəaliyyət göstərən nüfuzlu şirkətlər futbol sahəsinə yaxın olmaq istəyirlər. Təbii ki, bu bizi, eləcə də FIFA-nı sevindirir”.
Paşa Sığorta şirkətinin İdarə Heyətinin sədri Nofəl Rzayev isə bu əməkdaşlıqdan böyük məmnunluq hissi keçirdiklərini qeyd edib: “Artıq iki ildir ki, biz AFFA ilə partnyorluq statusuna sahibik və bu əməkdaşlqdan çox məmnunuq. Paşa Sığortanın FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi milli dəstəkçisi statusuna yiyələnməsinə biz AFFA ilə 2 il ərzində mövcud əməkdaşlığımızın təbii davamı kimi baxırıq. Düşünürük ki, bu dünya çempionatının təşkili Azərbaycanın həm xaricdə təbliğ olunması, həm də də ölkə daxilində futbolun inkişafı baxımından çox vacibdir. Dünya çempionatının keçiriləcəyi müddətdə Azərbaycana müxtəlif ölkələrdən rəsmi nümayəndə heyətləri, tanınmış futbol mütəxəssisləri, məşhur incəsənət xadimləri gələcək, çoxsaylı rəsmi tədbirlər, konsertlər təşkil olunacaq və təbii ki, böyük bir futbol bayramının şahidi olacağıq. AFFA-nın partnyoru olaraq, eyni zamanda, FIFA-nın milli dəstəkçi statusuna sahib bir şirkət kimi bu proseslərdə iştirakdan Paşa Sığorta çox məmnundur”.
Görüşün sonunda Paşa Sığorta şirkətinin FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin milli dəstəkçisi olması barədə sertifikat Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov tərəfindən Paşa Sığortanın İdarə Heyətinin sədri Nofəl Rzayevə təqdim olunub.
Qeyd edək, Paşa Sığorta ilə yanaşı Bakcell, SOCAR və Xalq Bank da FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin milli dəstəkçisidir.
Mənbə: affa.az

0
0