Yığmamızın sabiq futbolçusu “Poqon”a keçdi
16.06.2012 - 17:00
Yığmamızın sabiq futbolçusu “Poqon”a keçdi
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının futbolçusu Ana Ələkbərova Polşada diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, son 2 ili bu ölkənin “Qurnik” klubunda keçirən 23 yaşlı hücumçu komandasını dəyişir.

2011/12 mövsümündə Ekstraliqanın bütün oyunlarında iştirak edib 18 matça 8 qol vuran milliləşən hücumçumuz karyerasını Polşanın digər klubunda davam etdirəcək. Ana mövsümü bürünc medallarla bitirən klubdan getməyə qərar verib.

Buna “Poqon” klubundan gələn təklif səbəb olub. Son 2 mövsümdə 34 oyuna 14 qol vuran Ələkbərova Şetsin şəhərinin təmsilçisinə keçib.

Qeyd edək ki, yığmamızın milliləşən futbolçusu 2009-cü ildə Azərbaycanın ən yaxşı qadın futbolçusu seçilmişdi.