“Rumıniyada oynayan legioner artıq maraq dairəmizdə deyil”
18.06.2012 - 14:46
“Rumıniya çempionatında çıxış edən futbolçu ilə maraqlanırdıq. Ancaq artıq bu məsələ bağlanıb”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin baş meneceri Zaur Əzizov deyib. Heyətini gücləndirmək üçün bir neçə legionerin transferinə çalışan qəbələlilər Rumıniyanın yüksək liqasında çıxış edən futbolçuya göz qoymuşdu. Ancaq bu ölkədə səfərdə olmuş Əzizovun sözlərinə görə, israrla heyətlərində görmək istədikləri həmin legionerin keçidi baş tutmayıb: “O, komandasının liderlərindən olan yüksək səviyyəli əcnəbi futbolçu idi. Müdafiədə çıxış edirdi və bizə bu mövqedə oyunçu lazımdır. Onun məsələsinin həllini gözləyirdik. Ancaq həmin legioner artıq maraq dairəmizdə deyil. Çünki başqa kluba keçməyə qərar verib”.
Mehman SÜLEYMANOV
Mehman SÜLEYMANOV
0
0