“Konyaspor”un qapıçısı “Qəbələ”yə lazım olmadı
18.06.2012 - 15:16
Polşa milli komandasında oynamış qapıçı Pavel Mavelekin “Qəbələ”yə keçidi baş tutmayıb. Klubun baş meneceri Zaur Əzizov apasport.az saytına açıqlamasında son il yarımı Türkiyənin “Konyaspor” klubunda çıxış edən 31 yaşlı qapıçını transfer etməyəcəklərini bildirib. Onun sözlərinə görə, “çərçivə”yə başqa legioner gətirəcəklər: “Maraq dairəmizdə bir neçə qapıçı vardı. Ancaq indi diqqətimizi konkret 2 qapıçıya yönəltmişik. Onlar arasında Mavelek yoxdur. Yaxın günlərdə seçimimizi edib, məsələyə son qoyacağıq”.
Qeyd edək ki, “Qəbələ” son illərdə əsas qapıçısı olan Latviya yığmasının üzvü Pavel Doroşevlə ötən mövsümün sonunda yollarını ayırdı.
Mehman SÜLEYMANOV
Qeyd edək ki, “Qəbələ” son illərdə əsas qapıçısı olan Latviya yığmasının üzvü Pavel Doroşevlə ötən mövsümün sonunda yollarını ayırdı.
Mehman SÜLEYMANOV
0
0