Toni Adams: Yığmaya əlavə enerji lazımdır
18.06.2012 - 15:55
Toni Adams: Yığmaya əlavə enerji lazımdır
“Ukrayna milli komandası ilə oyunda İngiltərə yığmasına azarkeş dəstəyi çox vacibdir. İndi futbolçularımız üçün hər kömək, hər əlavə enerji önəmlidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri İngiltərə futbolunun əfsanəsi Toni Adams deyib.

Azərbaycanda “Qəbələ” klubundakı fəaliyyəti ilə də tanınan mütəxəssis vaxtilə kapitanı olduğu İngiltərə yığmasının AVRO-2012-dəki çıxışına münasibət bildirib: “Əminəm ki, bu komanda inkişaf edib artıra bilər. Yığmamız Avropa çempionu olmaq üçün də mübarizə apara bilər. Bilirəm ki, komandamız pley-offda sürət yığacaq. Lakin bunun üçün əvvəl qrupdan çıxmaq lazımdır”.

Qeyd edək ki, hazırda “Qəbələ”də prezidentin müşaviri olan Adams 2010-cu ilin mayından 2011-ci ilin noyabrına qədər komandanın baş məşqçisi kimi çalışıb.