“Neftçi”nin qapıçısı özünə klub tapdı
22.06.2012 - 09:00
“Neftçi”nin qapıçısı özünə klub tapdı
Zaqatalanın "Simurq" klubu heyətinə yeni futbolçu qatıb. Apasport.az saytının məlumatına görə, əyalət təmsilçisi ötən mövsüm "Neftçi"nin əvəzedici heyətində forma geyinən və 19 yaşlılardan ibarət Azərbaycan yığmasının üzvü Əyyub Əliyevi icarə əsasında transfer edib. Bu gün komanda ilə rəsmi müqavilə imzalayan gənc əlcək ustası növbəti mövsümün sonuna qədər "Simurq"un şərəfini qoruyacaq.