“Bakı” – “Mura” oyununun vaxtı müəyyənləşdi
23.06.2012 - 13:29
“Bakı” – “Mura” oyununun vaxtı müəyyənləşdi
Sloveniyada təlim-məşq toplantısını davam etdirən "Bakı" ikinci yoldaşlıq oyununa hazırlaşır. Apasport.az saytının məlumatına görə, iyunun 24-ə planlaşdırılan qarşılaşmada rəqib Sloveniya yüksək liqa təmsilçisi "Mura" klubudur. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq və klub televiziyası vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, "Mura" 1924-cü ildə təsis olunub. 3 dəfə Sloveniya çempionatının gümüş medalçısı, Sloveniya kuboku və superkubokunun qalibi olub.