“Xəzər Lənkəran”dan ilk heç-heçə - YENİLƏNİB
24.06.2012 - 21:50
Avstriyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” bu gün növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Yunis Hüseynovun yetirmələri mövsümlərarası fasilədə 3-cü sınağında Rumıniya təmsilçisi ilə qarşılaşıb.
Lənkəranlıların rəqibi ötən mövsümün gümüş mükafatçısı “Vaslui” klubu olub. Vaxtilə “Neftçi”ni İntertoto kubokunun sonuncu mərhələsindən kənarlaşdıran komanda indi “Xəzər Lənkəran”la münasibətlərinə aydınlıq gətirib.
Rumıniya vitse-çempionu oyunun ilk dəqiqələrində vurduğu qolla hesabı açıb. Bundan sonra hər iki komandanın səylərinə baxmayaraq fasiləyədək hesab dəyişməyib.
İkinci hissənin ortalarında “Xəzər Lənkəran”ın legionerləri qol yarada biliblər. Adrian Pitin başladığı hücumu onda ötürmə alan Eder Bonfim qapı önünə asma ilə davam etdirib. Manuel Skarlatake isə hava mübarizəsində qalib gələrək həmyerlilərini məyus edib – 1:1.
Bununla da Lənkəran təmsilçisi Avstriya toplanışında ilk heç-heçəsini edib.
Qeyd edək ki, bunadək Almaniyanın “Starnberq” klubunu 6:0 hesabı ilə yenən lənkəranlılar Ukrayna “Dinamo”suna 0:2 hesabı ilə uduzmuşdu.
Yoxlama oyunu
“XƏZƏR LƏNKƏRAN” (AZƏRBAYCAN) – “VASLUİ” (RUMINİYA) - 1:1
XƏZƏR LƏNKƏRAN: Kamran Ağayev, Ruslan Abışov, Eder Bonfim, Adrian Skarlatake, Elnur Allahverdiyev, Rahid Əmirquliyev, Roberto Alviz, Rikardo Qomeş, Qoran Mujanoviç, Adrian Pit, Kim Aabech

0
0