“Neftçi”nin bəxti gətirdi
25.06.2012 - 14:21
“Neftçi”nin bəxti gətirdi
Bu gün Çempionlar Liqasında ilk 2 təsnifat mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində Bakı vaxtilə saat 15:00-da yarışın I və II təsnifat mərhələlərinin püşkatması keçirilib. Azərbaycan çempionu “Neftçi”nin püşkdə bəxti gətirib. Belə ki, Böyükağa Hacıyevin baş məşqçisi olduğu komanda potensial rəqibləri arasında ən münasibi olan “Zestafoni”yə düşüb. Püşkə görə, çempionumuz ilk oyunu evdə oynadığından, Tiflisdəki cavab matçı öncəsi üstünlük qazanmalıdır.

İlk mərhələdə qitənin ən zəif 6 çempionatının qalibi münasibətlərini aydınlaşdıracaq. Bu oyunlar iyulun 3-4-ü, cavab matçları 10-11-də olacaq. Bu mərhələnin 3 qalibi və digər 31 çempion isə II təsnifat mərhələsində qüvvəsini sınayacaq. “Neftçi” iyulun 17-18 və 24-25-i keçiriləcək həmin mərhələnin iştirakçısı olacaq.

I təsnifat mərhələsi

“Linfild” (Şimali İrlandiya) – “Torshavn” (Farer adaları)
“Dudelanj” (Lüksemburq) - “Tre Penne” (San-Marino)
“Valletta” (Malta) - “Lusitanos” (Andorra)


II təsnifat mərhələsi

“Neftçi” (Azərbaycan) - “Zestafoni” (Gürcüstan)
“Skenderbeu” (Albaniya) – “Debretsen” (Macarıstan)
“Maribor” (Sloveniya) - “Jelezniçar” (Bosniya və Herseqovina)
“Jilina” (Slovakiya) - “Hapoel” (Kiryat, İsrail)
BATE (Belarus) - “Vardar” (Makedoniya)
AEL (Kipr) - “Linfild” (Şimali İrlandiya) – “Torshavn” (Farer adaları) cütünün qalibi
“Şemrok Rovers” (İrlandiya) - “Ekranas” (Litva)
“Flora” (Estoniya) - “Bazel” (İsveçrə)
TNS (Uels) - “Helsinqborq” (İsveç)
HİK (Finlandiya) - “Reykyavik” (İslandiya)
“Molde” (Norveç) - “Ventspils” (Latviya)
“Dudelanj” (Lüksemburq) - “Tre Penne” (San-Marino) cütünün qalibi - “Zalsburq” (Avstriya)
“Slovan” (Çexiya) - “Şaxtyor” (Qazaxıstan)
“Ludoqorets” (Bolqarıstan) - “Dinamo” (Xorvatiya)
“Uliss” (Ermənistan) - “Şerif” (Moldova)
“Valletta” (Malta) - “Lusitanos” (Andorra) cütünün qalibi - “Partizan” (Serbiya)
“Buduçnost” (Çernoqoriya) - “Şlask” (Polşa)