“Onlar komandamızın gücünə güc qatmaq iqtidarında deyil” - MÜSAHİBƏ
24.06.2012 - 23:00
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynovun apasport.az saytına müsahibəsi
- “Vaslui” ilə yoxlama oyunu haqda fikirlərinizi bilmək istərdik...
- Oyun maraqlı keçdi. Rəqib Rumıniya çempionatının ikinci komandası idi. Bu, 3-cü oyunumuz idi. Qarşıda 1 matçımız da var.
- 1:1 hesabı ilə başa çatan görüşdən razı qaldınız?
- Pis oynamadıq. Futbolçulardan razı qaldım.
- Xorvatiyalı Qoran Mujanoviç və danimarkalı Kim Aabechi sınadınız. Onlar necə təsir bağışladılar?
- Onların oyunu məni qane etmədi. Artıq fasiləyədək onları əvəzlədim.
- Onları geri qaytaracaqsınız?
- Bəli, onlar geri qaytarılacaq.
- Onların oyununda nəyi bəyənmədiniz?
- Pis futbolçu deyillər. Amma “Xəzər Lənkəran”ın gücünə güc qatmaq iqtidarında deyillər.
- Nəticədən razı qaldınız?
- Oyun heç-heçə başa çatdı ki, bu hesab heç də oyuna görə deyil. Biz qələbə qazanmalı idik. Amma yoxlama oyunlarında nəticə bizim üçün heç bir əhəmiyyət kəsb etmir. Əsas odur ki, yaxşı oynadıq. Komandadan razı qaldım.

0
0