"Azərbaycan çempionatı bir yerdə dayanmır" – MÜSAHİBƏ
25.06.2012 - 11:41
Ötən mövsümü “Kəpəz”də keçirən belaruslu futbolçu Dmitri Parxaçov Qazaxıstan mətbuatı müsahibə verib. Apasport.az saytının məlumatına görə, bu ölkəyə qayıdaraq, “Kaysar”a keçən sol cinah yarımmüdafiəçisinin Azərbaycanla bağlı fikirlərini sizə təqdim edirik.
- Siz karyeranızda 3 ölkənin çempionatında – vətəniniz Belarusda, Azərbaycanda və Qazaxıstanda oynamısınız. Karyeranızda hansı dövrü xatırlamaq daha xoşdur?
- Bəli, 3 ölkənin çempionatında oynamışam və hər komandanın öz müsbət anları vardı. Minsk “Dinamo”su ilə çempionluq, Brest “Dinamo”su ilə çempionluq qazanmışam. Azərbaycanda “Olimpik”də oynayanda 2-ci olaraq çempionluğu son turda əldən verdik. “Ordabası”da yaxşı mövsüm keçirdik, “Tobol”da şən komandamız vardı ki, hansı ki 2010-cu ildə çempion oldu. Düzdür, artıq mənsiz...Əsas odur ki, harada oynamağımdan asılı olmayaraq, yeni tanışlar, dostlar tapır, çoxlu müsbət emosiyalar alırdım və hər yerdə özüm üçün nəsə yeni şey açırdım.
- “Jetısu”da keçirdiyiniz mövsümdən sonra “Kəpəz” variantı necə yarandı?
- “Jetısu”dan sonra 6 ay oynamadım. Səhhətimlə bağlı bəzi problemlər vardı, cərrahiyyə əməliyyatı olunmalı idim. Bundan sonra mənə məşq etməyə icazə verdilər, komanda axtarmağa başladım və “Kəpəz” variantı yarandı. Oranın baş məşqçisi məni əvvəl Azərbaycan çempionatında görmüşdü. Onlara isə sol cinah yarımmüdafiəçisi lazım idi. Bax belə, “Kəpəz”ə düşdüm.
- Siz 2007/08 mövsümündə Azərbaycan çempionatında Bakının “Olimpik” klubunda oynamısınız. Azərbaycan çempionatının səviyyəsi bu illərdə çoxmu yüksəlib?
- Azərbaycan çempionatı bir yerdə dayanmır. İnfrastruktur inkişaf edir, meydançaların keyfiyyəti yaxşılaşır. Klubların özləri peşəkarlıq planında artırlar. Onlarda oynamaq üçün daha səviyyəli legionerlər gəlirlər. Bununla da müvafiq olaraq çempionatın səviyyəsi artır.
- Ola bilər ki, kimin daha güclü olmağı köhnə mövzudur. Ancaq hər halda, Qazaxıstan və Azərbaycan çempionatlarını müqayisə edə bilərsiniz?
- Fikrimcə, Qazaxıstan və Azərbaycan çempionatlarının səviyyəsi demək olar eynidir. Deyə bilmərəm ki, hansısa çempionat obyektiv güclüdür
- 2011-ci ilin sonra “Kəpəz”in Azərbaycan Premyer Liqasında çıxışını dayandırmağı ilə bağlı anlaşılmaz vəziyyət yaranmışdı. Siz hadisələrin şahidi kimi deyə bilərsiniz ki, Azərbaycanın 3 qat çempionu və kubokun 4 qat qalibi ilə bağlı nə baş vermişdi?
- Bildiyimə görə, sponsor komandadan imtina etmək istəyirdi. Çoxlu şayiələr gəzirdi ki, komanda mövcud olacaq, ya yox. Sonra hər şey müsbət həll olundu. Komanda çempionatı başa vurdu. İndi bildiyimə görə, yeni mövsümə hazırlığa başlayıb.
- Sizin oynamadığınız dövr oldu. Belə sual yaranır ki, “Kaysar”la müqavilə bağlayana kimi nə işlə məşğul olurdunuz?
- Mən artıq dedim ki, “Kəpəz”ə keçənə kimi yarım il oynamadım. “Kaysar”a keçidimə kimi isə 3 həftəlik fasilə vardı. Çünki Azərbaycan çempionatında mayın 12-də bitib. İyunun 2-də isə Almatıya təlim-məşq toplanışına gələrək, “Kaysar”a qoşuldum.

0
0