“Niyə də AVRO-2020 Azərbaycanda olmasın?” – MÜSAHİBƏ
25.06.2012 - 12:44
“Bakı”nın türkiyəli sabiq baş məşqçisi, “Qalatasaray”ın əfsanəvi kapitanı Bülənt Korkmazın apasport.az saytına müsahibəsi
- Sizi ölkəmizdə yenidən salamlayaraq, ilk öncə növbəti səfərinizlə bağlı fikirlərinizi bilmək istərdik…
- Bildiyiniz kimi, yaxında da Bakıya səfər etmişdik. Yenə “Topaz”ın dəvətlisi olaraq, paytaxtınıza gəlmişik. Bu qurumun təşəbbüsü çox gözəldir. Türkiyədə “İddia” operatorunun etdiyi kimi burada da “Topaz” Azərbaycan futbolunun inkişafına öz töhfəsini verir. Biz də sizin kimi mətbu orqanların qonaqları olaraq, Avropa çempionatı ilə bağlı öz proqnozlarımızı veririk. Bunun da çox faydalı olduğunu gördük. Buna görə də “Topaz”a təşəkkür etmək lazımdır. Faydanı gələcək illərdə görəcəksiz.
- “Topaz” gələndən sonra təbliğat böyüyüb. Azərbaycanda “qara bazar” yığışdırılıb, mərc oyunları qanunlaşdırılıb...
- Bu, çox doğru bir şeydir. “Topaz” Olimpiadada da pul qoyuluşlarını qəbul edəcək. Onda görəcəksiniz ki, idmana maraq, inam artacaq. Bu da ölkə idmanı, futbolu üçün çox önəmlidir. Görülən işlərə qiymət verib, gözəl şeylər yazmaq lazımdır. Necə ki, Hafiz Məmmədov prezidenti olduğu “Bakı” klubu üçün nə qədər böyük işlər görüb ki, onlara dəyər verməlisən.
- Oyunlara öz aranızda proqnoz verəndə, şansınız yoxlamısınızmı? Bəxtiniz gətirirmi?
- Əgər siz bir şeyi çox istəsəniz, buna inanırsınız, alınacaq. Yəni istək və inam böyük şərtdir. Şans bundan yaranır. Bir şeyi proqnoz etmək biliyin yüksək səviyyədə olmalıdır.
- Azərbaycan futbolunun gələcəyini necə görürsünüz? İnkişafa nail olmağımız nə məsləhət görürsünüz?
- Mən az öncə bura gələndə, “Bakı”nın bazasını gəzdim. Orada yaradılan infrastruktur çox gözəldir. Bu işlərə hələ baş məşqçi olan vaxtda başlanılmışdı. Uşaq futbolunun inkişafı üçün yaradılan şərait, meydançalar mükəmməldir. Buna görə “Bakı”nın prezidenti Hafiz Məmmədova təşəkkür edirəm. Orada inşaat, genişləndirilmə işləri davam edir və bəlkə Türkiyədə bir çox klubda olmayacaq müdhiş baza olacaq. Azərbaycanın başqa klublarında da bazalar var. Ancaq azarkeş sayı yetərincə olmur. Ancaq ölkə futbolunda yavaş-yavaş inkişaf var. Uşaq futbolunda nəticə olanda, Azərbaycan futbolu da inkişaf edir. Bir də bura gələn legionerlərin yaxşı olmağı lazımdır. Onlar səviyyəli olarlarsa, baza, meydançalar, uşaq futbolu, baş məşqçilər inkişaf – bunlar olarsa, Azərbaycan futbolu daha yaxşı yerlərə gedəcək.
- Azərbaycan Gürcüstanla birgə AVRO-2020-yə namizədliyini verib. Bu baxımdan Türkiyə ilə rəqibik. Şansları necə dəyərləndirərdiniz?
- Bu, infrastruktura bağlı məsələdir. Yeni stadionların inşası, klubların baza tikməyi , futbolun diqqətin artırılmağı lazımdır. Məsələn, Azərbaycanda milli, klublar beynəlxalq oyunlar stadionlar keçirəndə stadiona adam çox gəlir, ancaq ölkə daxili yarışlarda az. Mən burda işləyəndə, bunun şahidi olmuşam. Belə fərq qoyulmağı olmaz. Bir neçə klubunuz qrup mərhələsinə düşərsə, daha çox inkişaf edər və şansınız artar.
- Yəni indiki vəziyyətdə Türkiyə daha şanslıdır...
- Əlbəttə. Türkiyə bir dəfə - “Qalatasaray”la UEFA kubokunu qazanıb. Klublar Çempionlar Liqasının qrup mərhələsində oynayır, yeni stadionlarımız, azarkeşlərimiz, maraq çoxdur. Azərbaycan da bunu yaxalayarsa, istəyinə nail olar. Niyə də olmasın? Dünyada ən güclü voleybolçulardan olan Yeon Kinq Kim karyerasını Azərbaycanda davam etdirməyə qərar verir. Son 2 ildə “Çelenc Cup”ın final oyununun Bakıda keçirilməyi və qaliblərin klublarınız olmağı, kubokun burada qalmağı çox önəmlidir. Bakıda “Eurovizion” mahnı yarışması keçirildi, payızda 17 yaşadək qızlar arasında dünya çempionatının final mərhələsinin oyunları keçiriləcək. Bunlar Azərbaycan futbolunun gələcək inkişafı üçün böyük bir reklamdır.
- Klublarınızın qrup mərhələsinə düşməyini yaxın gələcəkdə gözləmək olar?
- Mən bura gələndə, belə söyləmişdim ki, fəaliyyətimin 3-cü ilində Avroliqanın qrup mərhələsinə düşmək uğrunda oynayacağıq. Mən qarşıya bu hədəfi qoymuşdum. Ancaq burada Rusiya kubokuna (“Birlik kuboku” nəzərdə tutulur) önəm verdiklərinin gördüm. Bu, yüksək səviyyəli turnir deyil. Mən avrokuboklarda qrup mərhələsinə düşmək uğrunda oynayacağımızı açıqlamışdım. Əsas məqsəd bu, olmalıdır ki, futbolunuzda daha çox inkişaf olsun və oyunlara daha çox azarkeş gəlsin. Nəticə varsa, inkişaf da var, azarkeş də.
- “Bakı”nın Avroliqada nə gözləyirsiniz?
- İndi komanda haqda çox məlumatım yoxdur. Bildiyimə görə, Avroliqa oyunları öncəsi yeni transferlər edirlər. Yaxşı transferlər edərlərsə, Avroliqada uğurlu çıxış edər. Olmaz deyə bir şey yoxdur. Hazırlığa yaxşı vaxtda başlayırlar və çempionatın startına qədər yaxşı formada olacaq. “Bakı” və digər klublarınızın uğurlu çıxış edər, qrup mərhələsinə düşərsə, bu, Azərbaycan futbolu üçün çox gözəl olar. Mən daim söyləyirəm ki, Azərbaycan klublarının hədəfi həmişə bu, olmalıdır.
- Uzun illər şərəfini qoruduğunuz Türkiyə yığmasının yenidən yerli baş məşqçi çalışdırır...
- Türkiyəyə gələn əcnəbi mütəxəssisin burada yaşamağı lazımdır. Bu, önəmlidir. Yalnız həftənin sonları oyunları izləyərsən, bu, doğru deyil. Türkiyədə yaşayıb, onun mədəniyyətini, futbolçuların xüsusiyyətlərini bilməyin lazımdır. Yığmamızın sabiq baş məşqçisi Qus Hiddinkdə bu çatışmazlıq oldu. O, bunun üçün Türkiyədə yaşamalı idi. Yaşasaydı, belə problemləri olmazdı.
- Ölkəmizə birgə gəldiyiniz Səlcuk Yula ilə “Qalatasaray” – “Fənərbaxça” derbilərində rəqib olmusunuz...
- Derbidə olan mübarizəmiz meydanda qalır. Fərqi yoxdur, mən, Yula, yaxud başqa futbolçu olsun. Meydandan kənara çıxanda, biz yenə dost, qardaş olaraq qalırıq. Ancaq meydanda rəqibik və bir-birimizə qarşı yaxşı mübarizə apara bilərik.
- Siz oynadığınız vaxtla hazırkı derbi arasında hansı fərqlər var? İndi daha çox gərginlik olur?
- Bunu daha çox mətbuat yaradır. İndiki gənclərdən də soruşsanız, onlar dostdurlar, milli komandada bir yerdə oynayırlar, eyni otaqda qalırlar.
- Derbidə hərəniz öz komandanızın tərəfdarı olaraq qalırsınız?
- Bəli, ancaq oyunlara baxdıqda, obyektiv danışırıq. Hansısa komanda gözəl oynamısa, bunu qeyd edir, yazır, deyirik. Elə olub ki, Yula “Fənərbaxça”nı, mən “Qalatasaray”ı çox müzakirə etmişəm. Kim oyunu qazanıbsa, ona obyektiv qiymət vermək lazımdır. Obyektiv olmasan, işini doğru görməzsən. “Qalatasaray” son mövsümdə çempionluğa layiq idi. “Fənərbaxça” mövsümün əvvəlindən çətin bir dövr keçdi. Buna rəğmən, sona kimi çempionluq uğrunda mübarizə aparmağı onun çox böyük klub olduğunu göstərir.
- “Qalatasaray” uzun fasilədən sonra qrupda oynayacaq. Fatih Terimin qayıdışından çempionluq həsrətinə son qoyan komandadan Çempionlar Liqasında da uğurlu çıxış gözləmək olarmı?
- “Qalatasaray” islahatlar etməyə çalışır. Edərlərsə, qrupdan çıxmağı uğur olacaq. Çempionlar Liqasının qalibi olmağa oynamaq çox çətindir. Təbii ki, Terimə güvənirik. O, dəyərli bir mütəxəssisdir, Türkiyə futbolunda çox önəmli bir adamdır. Ancaq baş məşqçinin əlinin altında yaxşı futbolçular olarsa, nəticə qazana bilər. Hər şey qaydasında gedir və komanda qrupdan çıxmağı bacara bilər.
- Bir çox tanıdıqlarınız Azərbaycanda işləməyə gəlib. Taner Alpak “Qəbələ”də, “Qalatasaray”ın keçmiş baş məşqçisi Cevat Gülər “Rəvan”da yer alıb, bir sıra türkiyəli futbolçular yığmamızda oynamağa üstünlük verdilər. Həmyerlilərinizdən nə gözləyirsiniz?
- Mən Azərbaycanda işləyən həmkarlarımdan Əli Yavaşa daha yaxşı tanıyıram. Bilirəm ki, “Qalatasaray”ın uşaq futbolunda böyük uğurlara imza atan bu təcrübəli mütəxəssis indi “Qəbələ”də buna nail olmağa çalışır. Gülərin Azərbaycanda işləməyə qərar verməyi haqda eşitmişəm və ona uğurlar arzulayıram. Ümumiyyətlə, həmyerlilərimin Azərbaycan futboluna faydalı olacağına inanıram. Biz eyni dildə danışırıq, bir-birimizi yaxşı anlayırıq. Biz xarakterimizə görə də bir-birimizə çox yaxınıq. Bu, Azərbaycan üçün çox böyük bir üstünlükdür. Çünki eyni dildə danışmaq çox önəmlidir. Məncə, istər türkiyəli futbolçuların, istərsə də məşqçilərin Azərbaycan futboluna böyük töhfə verəcəyini düşünürəm. Mən gələndə, baza ilə bağlı işlərə başlanılmışdı. Burda görüləcək işləri çox yaxşı bilirik və çalışqan insanlara dəyər veriləcək. İstər Yavaşla Gülər, istərsə də “Qarabağ”la işləməyə gələn, “Kayserispor”da işləmiş Səlahəttin hoca böyük ümidlər bəsləyirəm. O da mənim köməkçilərimdən olub. Bunlar Azərbaycan futboluna öz çox böyük faydasını verəcəklər. Bildiyiniz kimi, burda yolları, inşaat işlərini türk iş adamları görürlər. Yəni bizim aramızda çox yaxşı əməkdaşlıq əlaqələri var.
- Burda işlədiyiniz dövrdə Azərbaycan sözlərini öyrənmişdiniz. Onları yadınızdan çıxarmamısınız? Ümumiyyətlə, ölkəmizdə işlədiyiniz dövrü, Bakını necə xatırlayırsınız?
- Mən Azərbaycandan işlədiyim dövrü xoş xatirə kimi yada salıram. Bakı indi çox yaraşıqlıdır. Mən işlədiyim 3 illik əvvəl ilə müqayisədə paytaxtınız arasında indi çox böyük fərq var. Fikrimcə, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Azərbaycanın əyalətində də - Qəbələdə, Zaqatalada, Lənkəranda belə gözəlliklər var. Burada iqlim çox gözəldir, meydançalara heyran qaldım. İnşallah, Azərbaycan daha da gözəlləşər.
- Futbolçularımızın Türkiyə Superliqasında oynamağını çox istəsək də, bu, hələ reallaşıb. Siz yaxın gələcəkdə bunun reallaşacağını gözləyirsiniz? Məsləhət verə bildiyiniz futbolçu var?
- “Əskişəhərspor”da Rəşad Sadıqovun oynadığını bilirəm. Mən təkcə “Bakı”da yox, digər Azərbaycan klublarında da 1994/95-ci il təvəllüdlülərinə böyük inam bəsləyirəm. Fikrimcə, onlar gələcəkdə Azərbaycan futboluna çox böyük fayda verəcəklər. Ancaq onların xaricdə çıxış etmələrinin reallaşmağı üçün ilk növbədə öz klublarında oynamağı vacibdir. Bundan sonra legioner həyatı yaşaya bilərlər.
- Gələcək karyeranızla bağlı nə düşünürsünüz?
- “Karabükspor”la çalışdıqdan sonra müqaviləm bitdi və yollarımızı ayırdıq. Təkliflərə baxacağam. Mənim “Topaz”la anlaşmam Avropa çempionatının sonuna qədərdir. Ondan sonra vəziyyətə baxacağam. Yenidən baş məşqçi işləməyim alınmasa, bəlkə “Topaz”la əməkdaşlığı davam edə bilərəm. Hələ harada işləyəcəyim dəqiqləşməyib. İndi Superliqada bütün klubların baş məşqçiləri var. Xaricdən bir variant isə istədiyim kimi olmadı. Yəni uzun müddətli plan üzrə çalışmaq istəyirdim. Klubda qısa müddətdə işləməyi artıq düşünmürəm. “Karabükspor”dan da bu üzdən ayrıldım. Mən uzun müddət çalışıb, hədəflərimə çatmaq istəyirəm.

0
0