Azərbaycan çempionu üçün 8 yaşlı “körpə”
25.06.2012 - 14:51
Çempionlar Liqasının II təsnifat mərhələsində Bakının “Neftçi” klubu ilə qarşılaşacaq Gürcüstanın “Zestafoni” zəngin tarixə malik deyil. Apasport.az saytının məlumatına görə, rəqib komanda yalnız 2004-cü ildə yaranıb. Həmin vaxt şəhərin “Metallurq” klubunun bazasında yeni klub formalaşdırılar. Əvvəlki komanda isə 1937-89 və 1999-2004-cü illərdə fəaliyyət göstərib. Eyniadlı Zestafoni şəhərini təmsil edən klub iyunun 18-də 8 yaşını qeyd edib.
Kifayət qədər “körpə” olmasına baxmayaraq “Zestafoni” qısa müddətdə uğur qazana bilib. Artıq 2007/08 mövsümündə Gürcüstan çempionatının bürünc mükafatını qazanan komanda 4-cü cəhddən ölkə kubokunun finalında da qalib gəlib. Belə ki, 2004/05, 2005/06 və 2006/07 mövsümlərində onlar yalnız finalda uduzmuşdular.
2009/10 mövsümündə yenidən bürünc mükafata sahib olan zestafonililər son 2 mövsümdə - 2010/11 və 2011/12 mövsümlərində çempion adını da əldə edib. “Neftçi”nin rəqibi ev oyunlarını David Abaşidze adına 4100 tamaşaçı tutan arenada keçirir. Maraqlıdır ki, hər 2 komanda ardıcıl 2 ildir çempion titulunu qazanır.
Ardıcıl 6-cı dəfə avrokuboklarda oynayacaq “Zestafoni” yalnız ilk 2 cəhddə mərhələ keçə bilməyib. Əvəzində 2009/10 mövsümündə 1, növbəti cəhddə 2 mərhələ keçən komanda Avropa Liqasında irəliləyişə nail olub. Son mövsümdə isə Çempionlar Liqasının II təsnifat mərhələsində Moldova “Daçiya”sını keçən komanda (3:0, 0:2), Avstriya “Şturm”una uduzub – 1:1, 0:2. Bundan sonra Avropa Liqasının IV təsnifat mərhələsinə düşən komanda gürcülər Belçika “Brügge”si ilə də heç-heçə edə bilib. Lakin 1 hemç-heçə qrupa düşməyə kifayət etməyib – 3:3, 0:2.
Qeyd edək ki, klubun prezidenti İlia Kokaya, komandanın baş məşqçisi isə Giorgi Çiabrişvilidir.

0
0