Böyükağa Hacıyev debüt etdiyi məkanda
25.06.2012 - 15:10
Çempionlar Liqasının II təsnifat mərhələsində Azərbaycan və Gürcüstan çempionları üz-üzə gələcək. Apasport.az saytının məlumatına görə, “Neftçi” və “Zestafoni” arasında duel 2 ölkə təmsilçilərinin 3-cü dueli olacaq.
2004/05 mövsümündə UEFA kubokunda mübarizə aparan “Şəmkir” o qədər də güclü olmayan “Olimpi” ilə qarşılaşmışdı. Rustavidə 0:1 hesabı ilə uduzan təmsilçimiz Şəmkirdəki cavab oyununda 1:4 hesabı ilə yenilmişdi.
2 ildən sonra isə 2 ölkənin çempionları “Bakı” ilə “Sioni” münasibətlərini ayırd etdi. Hazırda “Neftçi”nin baş məşqçisi olan Böyükağa Hacıyev avrokuboklarda Gürcüstanda - Bolnisidə debüt etmişdi. Gürcülər onun “siftə”sini 2 qolla korlamışdı – 2:0. “Neftçi”nin digər üzvü Rail Məlikovun da oynadığı duelin cavab oyununda isə “Bakı” 1:0 hesabı ilə qalib gəlmişdi. Hacıyevin ötən ay imtina etdiyi sabiq “Neftçi”li Fərid Quliyev Gürvcüstan klubları üzərində yeganə qələbəmizin memarı olmuşdu – 1:0.
Ümumilikdə hər 2 dueldə mərhələ keçən gürcüstanlılar 4 matçda 3 qələbə qazanıbsa, təmsilçilərimiz 1 dəfə seviniblər. Top fərqi də qonşularımızın xeyrinədir – 7:2.

0
0