“Bizimkilər” Azərbaycan çempionuna qarşı
25.06.2012 - 15:32
“Bizimkilər” Azərbaycan çempionuna qarşı
Çempionlar Liqasının II təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan Gürcüstanın “Zestafoni” klubunda ölkəmizdə çıxış edən futbolçular yer alıb. Apasport.az saytının məlumatına görə, Zestafoninin eyniadlı təmsilçisinin idman direktoru Mixail Xutsişvili Azərbaycan Premyer Liqasında “Kəpəz” və AZAL-ın şərəfini qoruyub.

Gürcüstan çempionunun 4 oyunçusu isə bizim klublarda çıxış ediblər. Teymuraz Qonqadze “Simurq”, Zurab Mamaldze ilə Tornike Aptsiauri “Qəbələ”də oynaması ilə ölkəmizdə tanınıb. Qoqa Beraya isə daha çox komandamıza xidmət edib. Yarımmüdafiəçi Azərbaycanda “Kəpəz”, “Qarabağ”, “Qəbələ”nin formasını geyib.